"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Zakir Həsənov tapşırıq verib: `Dinc əhaliyə atəş açılmasın`

29 Aprel 2016 - 17:11
in XƏBƏR LENTİ

“Düşmənin gecə saatlarında atəşkəsi pozmasının əsas məqsədi yaşayış məntəqələrini hədəfə almaqdır”.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı bildirib. O qeyd edib ki, aprelin 26-dan başlayaraq Ermənistan silahlı bölmələri sırf mülki əhali arasında itki olsun deyə, gecə saatlarında atəşkəsi kobud surətdə pozurlar:

“Bu bir daha erməni barbarlığını nümayiş etdirən faktdır. Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən ermənilərin bu cür aqressiv addımlarının qarşısının alınması üçün adekvat tədbirlərin görülməsi məqsədilə təmas xəttinə yaxın olan bölmələrimizə birmənalı şəkildə tapşırıq verilib ki, düşmənin atəş nöqtələri susdurulsun. Həmçinin Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən tapşırıq verilib ki, Azərbaycan silahlı bölmələri işğal altında olan ərazilərdə məskunlaşan dinc əhaliyə atəş açılmasın. Bizim məqsədimiz düşmənin atəş nöqtələrinə adekvat cavab zərbələri endirməkdən ibarətdir. Bu da düşmənin atəşini susdurmaq məqsədi daşıyır. Nazirliyin rəhbərliyinin tapşırığına uyğun olaraq silahlı bölmələrimiz düşmənə layiqli cavab zərbələri endirib”.

V. Dərgahlı həmçinin ermənilərin qadağan olunmuş silahlardan istifadə edilməsi məsələsində də toxunub. O qeyd edib ki, belə faktlar var və ictimaiyyətə bu barədə məlumat verilib: “Hazırda həmin qadağan olunmuş silahların mənşəyi araşdırılır. Ermənilərin bu silahlardan istifadə etməsi beynəlxalq konvensiyalara ziddir, ermənilər əhali arasında çoxsaylı itki olması üçün bütün vasitələrdən istifadə etməyə çalışır”.

V. Dərgahlı əlavə edib ki, son günlər ərzində Azərbaycan ordusu heç bir itki verməyib, hər hansı hərbi texnika sıradan çıxarılmayıb.

Qeyd edək ki, bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə ölkədə akkreditasiyadan keçmiş xarici ölkələrin media orqanlarının təmsilçiləri və yerli KİV nümayəndələri (ümumilikdə 45 media nümayəndəsi) XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin müşayiəti ilə cəbhə bölgəsinə gediblər.

Media təmsilçiləri öncə Bərdə rayonunda olub, Bərdə Diaqnostika Mərkəzində müalicə olunan, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaralanan mülki vətəndaşlara baş çəkiblər.

Daha sonra Ağdam rayonuna gedən jurnalistlər ermənilərin atəşi nəticəsində həlak olan Çəmənli kənd sakinləri Mustafayev Famil Əli oğlu və Hüseynov Əli Müseyib oğlunun yaxınları ilə görüşüb, xəsarət alaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Çəmənli kənd sakinlərinə baş çəkiblər.

Cəbhə bölgəsində yola düşən xarici media nümayəndələri arasında BBC, “Reuters”, “Bloomberg”, “France-Presse”, “RİA Novosti”, “Anadolu”, TRT, İHA, “Cihan”, “Rossiya 24” kanalının əməkdaşları, israilli media eksperti Arye Qut və s. var. Moldovanın keçmiş ombudsmanı Aurelia Qriqoriu da heyətdə təmsil olunub.(APA)

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Millət vəkili: “Dəyəri milyonlarla dollarla ölçülən narkotik maddə aşkarlanıb”

Next Post

Məleykə Abbaszadə:“Facebook`a ona görə girirəm ki…`

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Məleykə Abbaszadə:``Facebook`a ona görə girirəm ki...`

`Sualları yayanları məhkəməyə verəcəyik` - Məleykə Abbaszadə

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.