"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Zamirə Hacıyeva qızıllarını gizli satmaq istədi – Sensasiya

05 Noyabr 2018 - 12:09
in CƏMİYYƏT, SEÇMƏ XƏBƏRLƏR

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri, 15 il azadlıqdan məhrum edilən Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva ilə bağlı həftəsonu yeni sensasion xəbərlər yayılıb.

Elchi.az musavat.com-a istinadən xəbər verir ki, “The Financial Times”, “The Guardian” və digər çoxsaylı Britaniya mediasının xəbərinə görə, Zamirə Hacıyevanın üzərinə həbs qoyulmuş 400 min funt-sterlinq (təxminən 519 min 278 dollar) məbləğində qızıl-zinət əşyalarını xəlvəti satmaq cəhdi ifşa olunub.

Məlum olub ki, həmin zinət əşyalarını Londondakı “Christie’s” hərrac evində satılmaq üçün verilibmiş. Britaniyanın Milli Kriminalla Mübarizə Agentliyi (National Crime Agency, NCA) qanunsuz gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə qanunu çərçivəsində Z.Hacıyevanın on milyonlarla dollarlıq aktivlərinə həbs qoyub.

Məlum olub ki, yeddi il əvvəl Britaniyanın Virgin Adalarında yerləşən bir şirkət vasitəsilə Londonun qərbində bir evə 11.5 milyon funt (15.13 milyon dollar) ödəyib. Ali Məhkəmə dinləmələrində evin sahiblərinin Zamirə Hacıyeva və onun həyat yoldaşı Cahangir Hacıyev olduqları aşkara çıxıb. 2013-cü ildə Zamirə Hacıyevanın nəzarət etdiyi başqa bir şirkət Berkshire qraflığında, Ascot kəndinin yaxınlığında təmtəraqlı qolf kursu və əmlakını almaq üçün 10 milyon funt (13.15 milyon dollar) xərcləyib. O, son 10 il ərzində “Harrods”da 16 milyon funt (21.04 milyon dollar) xərcləyib. Bu, gündə 4000 funtdan çox xərcləmə deməkdir. Rəsmi məlumatlar cütlüyün “Harrods”un bahalı avtomobil parkında iki xüsusi yerə sahib olduqlarını və Zamirə Hacıyevanın 42 milyon funta (55.24 milyon dollar) “Gulfstream G550” jet təyyarəsini aldığını da ortaya çıxarıb.

Belə bir vəziyyətdə isə Z.Hacıyeva Britaniya polisini aldatmağa cəhd edib. Z.Hacıyevanın müsadirə olunmuş əşyaları arasında 20 min funt-sterlinq dəyərində mirvari və 100 min funtluq “Boucheron” sapfir boyunbağılar, 20 min funtluq “Magic Alhambra” bilərziyi var.

Milli Kriminalla Mübarizə Agentliyi yaydığı məlumata görə, Zamirə Hacıyevanın qızı Leyla Mahmudova bu əşyaları satmaq üçün “Christie’s”ə veribmiş. “Christie’s” əməliyyat haqqında NSA-ya informasiya verən kimi müsadirə barədə qərar qəbul olunub. O da məlum olub ki, Zamirə Hacıyevanın bu zinət əşyalarını 2008-ci ildə İsveçrənin San-Morits kurortundakı butiklərdən 320 min avroya alıb.

Bu xəbərlərin ardınca isə məlum olub ki, Zamirə Hacıyeva Böyük Britaniyanın Maliyyə Cinayətkarlığı İstintaq Mərkəzində dindirilib.  Bu barədə Almaniyada nəşr olunan “Deutsche Welle” jurnalı məlumat yayıb.

Milli Kriminalla Mübarizə Agentliyinə  istinad edən alman jurnalının məlumatına görə,  Zamirə Hacıyeva məhz zinət əşyalarını qeyri-qanuni satmaq cəhdinə görə saxlanılıb.

Məlumdur ki, zinət əşyalarının satılmasında adı keçən Leyla Mahmudova sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlunun həyat yoldaşıdır. Onların toyu 2012-ci ilin noyabr ayının 4-də Bakıda baş tutub. İlk dəfədir ki, L.Mahmudovanın adı mediada hallanır. Bu əmələ görə ona hansısa cəza verilib-verilməyəcəyi məlum deyil. Zamirə Hacıyevanın kürəkəni Anar Mahmudovun Azərbaycanda, Türkiyədə, İspaniyada və Lüksemburqda şirkətləri olduğu deyilir. Bakıda təsis edilən “Caspian Crystal” Holdinqə dəbdəbəli restoranlar, bahalı içki mağazaları və brend avtomobillər şəbəkəsi daxildir. Anar Mahmudovun bir neçə tikinti şirkəti də var.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Düşmən atəşkəs rejimini 26 dəfə pozdu

Next Post

Azərbaycanlı iş adamı Türkiyədə futbol klubu aldı

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Azərbaycanlı iş adamı Türkiyədə futbol klubu aldı

Azərbaycanlı iş adamı Türkiyədə futbol klubu aldı

Ermənistanda 4 ayda 12 hərbçi ölüb

Ermənistanda 4 ayda 12 hərbçi ölüb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.