"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Zamirə Hacıyevanın istintaqı başlanır: milyonlarla dollarlıq əmlaka həbs qoyuldu

15 Yanvar 2019 - 11:28
in aktual-banner, Banner, BannerVeteninfo, MANŞET

Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevanın bütün zinət əşyaları müsadirə olunmağa başlayıb.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, dünən Britaniyanın Cinayətkarlığa qarşı Milli Mübarizə Agentliyi (National Crime Agency, NCA) Z.Hacıyevadan 1,1 milyon funt-sterlinq dəyərində “Cartier” üzüyünü götürüb. Müsadirə prosesi Britaniyada qəbul olunan və “McMafia” adlanan qanun çərçivəsində aparılır.

55 yaşlı Zamirə Hacıyeva Londondakı dünyaca məşhur, ən bahalı univermaq sayılan “Harrod’s”da bir il ərzində 16 milyon funt-sterlinq məbləğində alış-veriş etməsi ilə gündəmə gəlmişdi.

8,9 karatlıq brilyant qaşı olan “Cartier” üzüyünü Z.Hacıyevaya əri C.Hacıyev alıb. Zamirə Hacıyeva üzüyünü alındığı maliyyə vəsaitinin mənbəyinin qanuni olduğunu sübut edə bilməsə, bu zinət əşyası tam müsadirə ediləcək.

NCA-nın verdiyi məlumata görə, Zamirə Hacıyeva ərinin Azərbaycan Beynəlxalq Bankına rəhbərlik etdiyi dönəmdə bankın 35 kerdit kartından istifadə edərək “Harrod’s”da pulları sel kimi səpələmişdi.

Bu gün o da bəlli olub ki, qanunsuz əldə olunan və mənşəyi şübhəli varidatla mübarizə qanunu (McMafia) çərçivəsində Zamirə Hacıyevanın və ailəsinin Londondakı 22 milyon funt-sterlinq dəyərində daşınmaz əmlakına da həbs qoyulub.

2018-ci ildə qəbul olunmuş “McMafia” qanuna görə, Britaniyanın hüquq-mühafizə və vergi orqanları siyasi önəmə malik şəxslərin (Politically Exposed Persons, PEP) varidatlarının mənşələrini araşdırmaq, habelə zərurət yaranarsa, bu əmlaka həbs qoymaq səlahiyyətləri əldə ediblər.

Həmin adamlar Avropa Birliyinin iqtisadi məkanından xaricdə olduqlarından onların əməllərindəki rüşvətxorluq və korrupsiya hallarını Britaniyada araşdırmaq de-yure mümkün deyildi.

Lakin artıq qanuni imkanlar yaranıb.

Hacıyevlər ailəsinə məxsus olan əmlaklarla bağlı araşdırmalar davam edir. Ailənin Naytsbricdəki dəbdəbəli evi və Berkşir qraflığındakı qolf-klubu da müsadirə ərəfəsindədir.

2011-ci ildə Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevaya aldığı “Cartier” üzüyü zərgərə təmirə verilmişdi.

Üzük ən azı 6 ay istintaqda qalacaq.

NCA Z.Hacıyevanın Londondakı hərrac evlərindən birində satışa çıxardığı, ümumi dəyəri 400 min funt-sterlinq təşkil edən 49 zinət əşyasını müsadirə edib.

Z.Hacıyeva ötən ilin noyabrında qızı vasitəsilə bu əşyaları satışa çıxarmışdı.

Onu Azərbaycana ekstradisiya gözləyir.

Cahangir və Zamirə Hacıyevalar Londonun Belqraviya səmtində, Naytsbricdə 2009-cu ildə 11,5 milyon funt-sterlinqə taunhaus, 3 il sonra isə Berkşir qraflığında 10,5 milyon funta qolf meydançasını satın almışdı.

Londonun mərkəzində, Naytsbricdə olan taunhaus Virciniya adalarında qeydiyyata alınmış offşor şirkəti vasitəsilə satın alınıb və sonra da əməliyyata qanuni görkəm vermək üçün 7,475 milyon funtluk ipoteka rəsmiləşdirilib.

Cahangir Hacıyev 2015-ci ilin dekabrında həbs olunub.

Bu ilin yanvarında Britaniyada qüvvəyə minmiş “Varidatın Qeyri-Müəyyən Mənşəyi” (Unexplained Wealth Order, UWO) adlı qanuna görə isə xarici ölkələrdə qazanılmış “çirkli pullar” vasitəsilə Britaniyada satın alınmış daşınan və daşınmaz əmlak müəyyənləşdirilir.

Qanun dəyəri 50 min funt-sterlinqdən artıq olan aktivləri hədəfə almağa imkan verir.

UWO qanunu şübhəli şəxslən əmlakının satın alındığı pulun mənşəyinin qanuni olmasını sübut etməyi tələb edir.

UWO qanunu çərçivəsində Britaniyada Cinəyatkarlıqla Milli Mübarizə Agentliyi (National Crime Agency), Əlahəzrət Karliçanın Gəlirlər və Gömrük İdarəsi (Her Majesty’s Revenue and Customs), Maliyyə Davranışı İdarəsi (Financial Conduct Authority), Mütəşəkkil Fırıldaqçılıqla Mübarizə İdarəsi (Serious Fraud Office) və Cinayət İstintaqı Xidməti (Crown Prosecution Service) təhqiqatlara və istintaqa başlaya bilərlər.

Zamirə Hacıyevanın istintaqı başlanır: milyonlarla dollarlıq əmlaka həbs qoyuldu - FOTO

Zamirə Hacıyevanın istintaqı başlanır: milyonlarla dollarlıq əmlaka həbs qoyuldu - FOTO

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ağdaşda 5 kq-a yaxın narkotik dövriyyədən çıxarıldı

Next Post

Kamran Əliyev: “Ötən il korrupsiyaya görə 17 nəfər vəzifəsindən azad edilib”

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
Kamran Əliyev: “Ötən il korrupsiyaya görə 17 nəfər vəzifəsindən azad edilib”

Kamran Əliyev: "Ötən il korrupsiyaya görə 17 nəfər vəzifəsindən azad edilib"

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 25 şəxsi cinayət başında yaxalayıb

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 25 şəxsi cinayət başında yaxalayıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.