Zaqatalada 57 yaşlı kişini ilan sancdı

Bunu da oxuyun

Zaqatalada 57 yaşlı kişini ilan sancıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün səhər saat 07 radələrində rayonun Aşağı Tala kənd sakini, 1961-ci il təvəllüdlü Mustafa Həmzət oğlu Hacıyev ilan sancması xəsarəti ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan APA-ya bildirlib ki, Mustafa Hacıyev Aşağı Tala kənd inzibati ərazisində tütün sahəsində işləyən zaman ilan onun sağ ayağının topuq nahiyəsindən sancıb. Mustafa Hacıyevə lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub. Müalicəsi xəstəxananın cərrahiyə şöbəsində aparılır.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728