Qəzzədəki münaqişə ABŞ-ın Yaxın Şərq nizamlanmasında vasitəçilik funksiyalarını inhisara almaq cəhdlərinin boşa çıxdığını sübut edir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Elchi.az xəbər verir ki, onun şərhi departamentin saytında verilib.
Zaxarovanın sözlərinə görə, uzun müddətdir davam edən Fələstin-İsrail münaqişəsini təkbaşına aradan qaldırmaq mümkün deyil. O, həmçinin qeyd edib ki, Rusiya tərəfi artıq bir neçə ildir ki, kollektiv danışıqlar mexanizminin yaradılması haqqında danışır. Onun fikrincə, region dövlətləri bunda həlledici rol oynamalıdır.
Havar Şəfiyeva






