“KTMT sülhməramlılarının Ermənistanda mümkün yerləşdirilməsinin vaxtı erməni tərəfdən asılıdır”.
Elchi.az xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Zaxarova Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Rusiya Ermənistanın KTMT sülhməramlılarını qəbul etməkdə davam edən marağından razıdır” bəyanatını xatırladıb.
Zaxarova həmçinin qeyd edib:
“Moskva əmindir ki, bu addım regionda vəziyyətin sabitləşməsinə töhfə verəcək. Həm Rusiya, həm də digər müttəfiqlər buna hazırdır.
Belə qərarlar KTMT-də razılaşdırılaraq qəbul edilir və yüksək səviyyədə təsdiqlənir. Tarixlərə gəlincə, erməni tərəfdaşlar hazır olduqdan sonra tərəflər təşkilatın müşahidə missiyasının spesifik rejimlərinin müəyyənləşdirilməsinə yönəlmiş işə qayıda biləcəklər. Top İrəvanın tərəfindədir”.
Yeganə






