Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, İsrailin Dəməşq beynəlxalq hava limanına endirdiyi zərbələr Suriyanın suverenliyini pozur. Elchi.az xəbər verir ki, onun sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında yer alıb.
“Biz İsrailin Suriyanın mühüm mülki infrastruktur obyektinə son təxribatçı hücumunu qətiyyətlə pisləyirik”, – deyə diplomat vurğulayıb.
Onun sözlərinə görə, belə pis təcrübə son dərəcə təhlükəli nəticələrə gətirib çıxarır və regionda gərginliyin artması ilə nəticələnir. “Biz günahsız insanların həyatı üçün təhlükə yaradan məsuliyyətsiz hərəkətləri dayandırmağı tələb edirik”, – deyə Zaxarova əlavə edib.
Havar Şəfiyeva






