Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Dövlət Departamentinin nümayəndəsi Metyu Millerə Kanada parlamentində “SS” veteranı Yaroslav Hunkaya verilən hörməti xatırladıb. Elchi.az xəbər verir ki, bu barədə o, “Telegram” kanalında yazıb.
“Cümə günü, Metyu, hamı orada idi. Nasizmin Kanadada necə qalib gəldiyini hamı gördü. Çünki BMT-də çoxlu problemlər var, lakin orada internet əla işləyir”, – departament nümayəndəsi bildirib.
Xatırladaq ki, Miller daha əvvəl Kanada parlamentində ukraynalı nasistlərin şərəfləndirilməsinə münasibət bildirib. O, vəziyyətdən xəbərsiz olduğunu etiraf edib.
Qeyd edək ki, sentyabrın 24-də Vladimir Zelenski Kanada parlamentində çıxışı zamanı İkinci Dünya Müharibəsi zamanı ruslara qarşı mübarizənin veteranı kimi təqdim edilən Hunkini qarşılayıb.
Havar Şəfiyeva






