“Kiyevi tükənmiş uran mərmiləri ilə təchiz etməyə davam etməklə, London Ukraynanı “yanmış torpaq” etmək istəyir”. Elchi.az xəbər verir ki, Böyük Britaniyanın bu istəyini Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram kanalında bildirib.
Diplomat Böyük Britaniya Müdafiə Nazirliyinin tükənmiş uran sursatının hərbçilərin sağlamlığına və ətraf mühitə az ziyanı ilə bağlı bəyanatlarını qeyd edib. Onun sözlərinə görə, bu mərmilərdən istifadə ölkəni boş əraziyə çevirəcək.
Havar Şəfiyeva





