“Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Ketrin Kolonun Parisin Kiyevə hərbi dəstəyi gücləndirməyə hazır olması barədə sözləri Beşinci Respublikanın ilk prezidenti general Şarl de Qolu təəccübləndirərdi”.
Elchi.az Vesti.ru-ya istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O, bu barədə Teleqram kanalında paylaşım edib. Zaxarovanın sözlərinə görə, Fransa Xarici İşlər Nazirliyinin rəhbərinin bəyanatlarından de Qoll məzarında yuvarlanacaq, çünki onun ölkəsi nasistlərə sponsorluq edir.
Xatırladaq ki, Ketrin Kolon RFI radiostansiyasına müsahibəsində bildirib ki, Fransanın Ukraynaya dəstəyi davam edəcək və daha da güclənəcək.
Yeganə




