Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qərb diplomatlarını cəmiyyətdə nifaq və düşmənçilik salmaq məqsədi daşıyan fəaliyyətlərinə görə Rusiyadan qovulacaqları ilə bağlı xəbərdarlıq edib. Elchi.az xəbər verir ki, onun şərhi Xarici İşlər Nazirliyinin saytında dərc olunub.
Diplomatın sözlərinə görə, ABŞ, İngiltərə, Kanada və digər qeyri-dost ölkələrin quduz rusofobiyasına qoşulan hər hansı hərəkəti ən qəti şəkildə yatırılacaq və təxribat işlərində iştirak edən diplomatlar ölkədən qovulacaqlar.
Açıqlamasında Zaxarova vurğulayıb ki, Moskva Britaniyanın Rusiyadakı səfiri Debora Bronnertin müxalifətçi Vladimir Kara-Murzaya Rusiyada xarici agent kimi tanınıb hökmündən sonra verdiyi açıqlamaları qəbuledilməz hesab edir.
Havar Şəfiyeva





