Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Qəzzada xəstəxanaya endirilən zərbələr cinayət və insanlıqdan çıxarma aktıdır.
Elchi.az bu barədə TASS-a istinadən xəbər verir.
“Əlbəttə, biz bu cür cinayət əməlini cinayət, insanlıqdan çıxarma hərəkəti kimi təsnif edirik”, – diplomat Sputnik radiosunda deyib.
Zaxarova qeyd edib ki, İsrailin Qəzzada xəstəxanaya edilən hücumlarda iştirak etmədiyinə dair sübutlar təqdim etməsi lazımdır.
“Biz mediada və sosial şəbəkələrdə şərh verməkdən daha çox, faktlar təqdim etməliyik”, o əlavə edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi həmçinin ABŞ-ı vəziyyətə aydınlıq gətirməyə və faciənin günahkarını müəyyən etməyə kömək edəcək peyk görüntülərini təqdim etməyə çağırıb.
Nuranə Məmmədova






