Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva ikitərəfli və beynəlxalq gündəliyin geniş spektri üzrə Buenos-Ayreslə konstruktiv dialoqa açıqdır.
Elchi.az bu barədə Mk.ru-ya istinadən xəbər verir.
Argentinanın yeni seçilmiş prezidenti Xavyer Mayli ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı barədə xəbərləri şərh etmək istəyinə cavab olaraq Zaxarova bildirib ki, Argentinanın yeni hökuməti ölkənin üzləşdiyi çətin problemlərin həlli proqramını praktikada tətbiq etməli olacaq.
Zaxarova Argentinanın qlobal arenadakı rolunu nəzərə alaraq xarici siyasət addımları üçün konkret plan hazırlayacağına ümid etdiyini bildirib.
Yeganə






