Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Qərb ölkələri “Şimal axını”nın partlayışları ilə bağlı məlumatların geniş auditoriyaya çatmaması üçün hər şeyi edir.
Elchi.az xəbər verir ki, bu barədə onun “Zvezda” telekanalının saytındakı şərhində deyilib.
“Aydındır ki, hamı bunu başa düşür ki, kollektiv Qərb “Şimal axını”nın zədələnməsinə dair məlumatların, materialların geniş auditoriyaya çatmaması üçün hər şeyi edir”, – XİN nümayəndəsinin şərhinin mətnində deyilir.
Onun sözlərinə görə, Rusiya Federasiyasında onlar Şimal axınının partlayışlarından kimin faydalandığını yaxşı bilirlər.
Bundan əvvəl məlum olub ki, Rusiya nümayəndə heyəti iyulun 11-də “Şimal axını”na zərbə vurmaq mövzusunda BMT Təhlükəsizlik Şurasının açıq iclasının keçirilməsini xahiş edib.
Nuranə Məmmədova





