Ukrayna Silahlı Qüvvələri dinc əhalini hədəfə alaraq terror taktikasından istifadə edir. Elchi.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sputnik radiostansiyasının efirində bildirib.
“Burada dinc əhaliyə qarşı hücumlar həyata keçirildikdə təkcə ekstremizm deyil, terrorizmin birbaşa taktikası var”, – deyə diplomat bildirib.
Zaxarova həmçinin Kiyevi mülki infrastrukturu və mülki insanları seçmə şəkildə hədəfə alaraq “humanitar hüquq prinsiplərindən və müharibə qaydalarından” qəsdən çıxmaqda ittiham edib.
Qeyd edək ki, bundan əvvəl Fransa Xarici İşlər Nazirliyi BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, Ukrayna Silahlı Qüvvələrinin dekabrın 30-da Belqorodun mərkəzinə endirdiyi raket zərbələrini qanuni müdafiə kimi tanıyıb.
Havar Şəfiyeva






