Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Yaponiya ilə sülh müqaviləsi mövzusunun Rusiya üçün qapalı olduğunu bildirib.
Elchi.az bu barədə “RİA Novosti”-yə istinadən xəbər verir.
Zaxarova qeyd edib:
“Yaponiya ilə sülh müqaviləsi bizim üçün qapalıdır”.
O, xatırladıb ki, Rusiya Xarici İşlər Nazirliyinin 21 mart 2022-ci il tarixli bəyanatında açıq-aşkar qeyri-dost mövqedə olan dövlətlə müzakirələrin mümkünsüzlüyünə görə, Moskvanın Yaponiya ilə sülh müqaviləsi üzrə danışıqları davam etdirmək niyyətində olmadığı açıq şəkildə ifadə olunub.
Zaxarova həmçinin qeyd edib ki, Rusiya ABŞ-ın Yaponiyada hipersəs raketləri yerləşdirmək planlarına əməl etmək niyyətindədir, çünki bu, regionda təhlükəsizlik vəziyyətinə təsir göstərə bilər. Onun sözlərinə görə, raketlərlə bağlı məlumat ikiqat yoxlanılmalıdır.
Yeganə





