Rusiya ilə Yaponiya arasında sülh müqaviləsinin imzalanmasının müzakirəsi Tokionun qeyri-dost siyasətinə görə mümkün deyil.
Elchi.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib:
“Biz bildirmişik ki, Yaponiya ilə sülh müqaviləsi üzrə danışıqları davam etdirmək niyyətində deyilik. Bu göz qabağındadır, çünki açıq şəkildə qeyri-dost mövqe tutan dövlətlə ikitərəfli münasibətlərdə fundamental sənədin imzalanmasını müzakirə etmək imkanı yoxdur” – o, deyib.
Zaxarovanın sözlərinə görə, Tokio Rusiyanın maraqlarına məqsədyönlü zərər vurmağa çalışır:
“Belə şəraitdə və Yaponiya rəhbərliyinin bu cür yanaşması ilə müvafiq sənədlərin hazırlanmasından danışmaq mümkün deyil” – diplomat vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi bildirmişdi ki, Moskva Yaponiyanın Ukraynadakı hərbi əməliyyatla bağlı Rusiyaya qarşı birtərəfli sanksiyalar tətbiq etməsi ilə əlaqədar Tokio ilə sülh müqaviləsi üzrə danışıqları dayandırır.






