Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Yaponiyaya Kurildəki İturup adasının mülkiyyətini xatırlamağı tövsiyə edib. Elchi.az xəbər verir ki, bu barədə o, “Telegram” kanalında yazıb.
“Ada bizimdir. Öyrənməyin vaxtı gəldi “deyə Zaxarova qeyd edib. O, baş nazirin müavini – Rusiya prezidentinin Uzaq Şərq Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Yuri Trutnevin İturupa səfəri ilə bağlı Tokionun etirazına belə cavab verib.
Trutnev İturup adasında olub, burada balıq emalı zavodunun işini yoxlayıb. Kurilskdə “Yankito-2” mehmanxanasının tikintisini də yoxlayıb.
Qeyd edək ki, bundan sonra Yaponiya bu məsələ ilə bağlı Rusiyaya etiraz edib.
Havar Şəfiyeva






