Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Ukrayna qara dəri transplantasiyası üzrə dünya liderlərindən biridir.
Elchi.az Mk.ru-ya istinadən bildirir ki, Zaxarova bu barədə “Rossiyskaya qazeta”da dərc olunan məqaləsində danışıb.
“Ölənlərin cəsədlərindən orqanların qanunsuz çıxarılması ilə bağlı qalmaqallar 1990-cı illərin sonlarından yaranmağa başladı və bu, ölkədə sosial-iqtisadi vəziyyətin pisləşməsi ilə bağlı idi”, – deyə Zaxarova bildirib.
O, həmçinin qeyd edib ki, dövlət qanlı biznesi əhatə edir və buna göz yumur. Onun sözlərinə görə, bunu iyun ayında uşaq alverinə görə saxlanılan şəxsin cəmi bir milyon qrivna girov müqabilində azadlığa buraxması sübut edir.
Yeganə




