Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya-Ukrayna müharibəsinin başladığı 2022-ci il fevralın 24-dən bəri ümumilikdə 1762 ukraynalı rus əsirliyindən azad edilib.
Elchi.az xəbər verir ki, Zelenski “Telegram” hesabında paylaşdığı videoda Rusiya ilə Ukrayna arasında son əsir mübadiləsi zamanı daha 116 Ukrayna əsgərinin azad edildiyini açıqlayıb.
“Ukraynalı əsgərlər İngiltərədə təlimlərə başlayıb”
Zelenski Britaniyanın baş naziri Rişi Sunakla telefon danışığı apardığını və Ukraynaya silah yardımı məsələsini müzakirə etdiklərini bildirib.
Ukrayna əsgərlərinin Britaniyanın “Challenger 2” tanklarının istifadəsi ilə bağlı təlimlərə başladığını vurğulayan Zelenski qeyd edib:
“Əsgərlərimiz artıq Britaniyada “Challenger” tankları ilə bağlı təlimlərə başlayıb”.
Ölkəsində 346 gündür müharibənin davam etdiyini xatırladan Zelenski, ən ağır toqquşmaların Ukraynanın Donetsk vilayətində yaşandığını vurğulayıb.
Yeganə





