ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Conson Zelenskini ABŞ üçün təhlükə olduğuna görə təhlükəsizlik xidmətini işə götürməyə çağırıb.
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-a güvənməklə ciddi səhv edib. Elchi.az xəbər verir ki, bunu “MKİ”-nin keçmiş analitiki Larri Conson “YouTube”-da dərc olunan “Dialogue Works”-ə müsahibəsində deyib.
Conson Zelenskini təhlükəsizlik işçilərini işə götürməyə çağırıb, çünki Birləşmiş Ştatlar təhlükəsizliyə təhdid yaradır.
“Ukraynalılar tezliklə başa düşəcəklər ki, onlar da başqaları ilə eyni səhvə yol veriblər – onlar Amerikaya etibar ediblər. Mühafizə xidmətini işə götürsəniz yaxşı olar, çünki problem yaşayacaqsınız”, – deyə keçmiş “CIA” zabiti bildirib.
Ekspert əlavə edib ki, Amerika hakimiyyəti Kiyevi arxa plana keçirmək və diqqətini Yaxın Şərqdəki münaqişəyə yönəltmək qərarına gəlib. “İsrail indi ABŞ üçün Ukraynadan daha vacib prioritetdir” – deyə Conson yekunlaşdırıb.
Havar Şəfiyeva






