Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın 4 iyul Müstəqillik Günü üçün “The Wall Street Journal”da “Ad günün mübarək Amerika” başlıqlı məqalə yazıb.
Elchi.az bu barədə Trthaber.com-a istinadən xəbər verir.
ABŞ qurucularının azadlıq və müstəqillik uğrunda mübarizəsinə toxunan Zelenski ABŞ-ın 4 iyul 1776-cı il Müstəqillik Günü ilə Rusiya-Ukrayna arasında 24 fevral 2022-ci il tarix arasında əlaqə yaradıb.
“Amerikalılar bu gün öz azadlıqlarını və müstəqilliklərini qeyd edərkən, biz də sizinlə birlikdə bu bayrama qoşuluruq və Ukraynanın hər qarışının bizi məhv etməyə çalışan qəddar zülmkarlardan azad ediləcəyi günü gözləyirik”, – deyə Zelenski bildirib.
“ABŞ-ın dəstəyinə görə minnətdarıq”
Ukraynanın azad olmaq və Amerika inqilabı zamanı formalaşmış ideallarla idarə olunan Qərbin bir hissəsi olmaq istədiyini vurğulayan Zelenski qeyd edib ki, ölkəsi müstəqilliyini əldə etdikdən sonra həmişə demokratiyanı müdafiə edib və başqaları ilə azad dünyada yaşamağa çalışıb.
“NATO və Qərblə inteqrasiya olunmuş Ukrayna azadlığın qazanılmasına davam edəcəyinə və sülhün bərqərar olacağına zəmanətdir”, – deyə Zelenski bildirib.
Ukrayna prezidenti eyni zamanda ölkəsinin azadlığa verdiyi dəstəyə və bu məsələdə nümunə göstərdiyinə görə ABŞ-a minnətdarlığını bildirib.
Yeganə




