Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, cəbhədə ən çətin vəziyyət Donetsk vilayətinin Baxmut şəhərində davam edir, lakin düşmən şəhərə nəzarət etmir.
Elchi.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Varşavada Polşa prezidenti Anjey Duda ilə birgə keçirdiyi brifinqdə deyib.
“Bizim dövlətin ərazisində ən ağır vəziyyət Baxmutdadır. Müxtəlif silahlardan ən çox istifadə buradadır. Bu, çox mürəkkəb hekayədir. Hər gün silah qıtlığı yaşanır. Bir artilleriya var, kifayət qədər mərmi ehtiyatı var, biri çatışmır. Baxmutun bəzi rayonlarında uğur var: irəliləyirik, sonra uğur olmur, yenə geri çəkilirik. Hər gün olur. Amma biz Baxmutdayıq və düşmən Baxmuta nəzarət etmir. İndiki vəziyyət belədir”, – deyə Zelenski bildirib.
Zelenski xatırladıb ki, Baxmutdakı vəziyyətə şəxsən quru qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sirski nəzarət edir.
Ölkə başçısının sözlərinə görə, Sirski üçün əsas məsələ kadrların saxlanmasıdır.
“Mənə gəlincə, ən başlıcası ordumuzu itirməməkdir. Və təbii ki, daha da qızğın hadisələr anı və mühasirə səbəbindən şəxsi heyətimizi itirmək təhlükəsi yaranarsa, o zaman generalın yerindəcə müvafiq və düzgün qərarları olacaq. Mən buna əminəm. Lakin Ukraynaya nə qədər uyğun döyüş sursatları çatsa, biz təkcə Baxmutda deyil, ümumilikdə dövlətimizin ərazisində vəziyyəti bir o qədər tez bərpa edəcəyik”, – deyə Zelenski bildirib.
Yeganə





