Ukrayna prezidenti Volodimir Zelenski amerikalı həmkarı Co Bayden Ukraynaya səfər etməsə belə onunla görüşəcəyini bildirib.
Elchi.az xəbər verir ki, Zelenski bu barədə Ukraynanın paytaxtında İsveçin baş naziri Ulf Kristerssonla birgə mətbuat konfransı zamanı bildirib.
“Bəzən biz prezident Baydenlə görüşürük. Bilirsiniz ki, onu dəvət etmişik, imkanı olanda o, Ukraynaya səfər etməkdən məmnun olacaq”, – deyə Ukrayna lideri Baydenlə görüşmək niyyətində olub-olmaması ilə bağlı suala cavab verib.
Zelenski həmçinin əlavə edib ki, bu gün Amerika prezidenti ilə ünsiyyət qurmağın müxtəlif yolları var.
Yeganə





