ABŞ prezidenti Co Bayden və Ukrayna prezidenti Volodimir Zelenski arasında yaxın vaxtlarda yeni görüş planlaşdırılır.
Elchi.az Mk.ru-ya istinadən xəbər verir ki, bu barədə Nbc.com məlumat yayıb.
Hələlik nə Kiyevdən, nə də Vaşinqtondan bu məlumatın rəsmi təsdiqi alınıb. Mümkün görüşün təfərrüatları da hələlik məlum deyil.
Bu arada iki siyasətçinin 2021-ci ilin yayında baş tutan ilk görüşünün gözlənilməz təfərrüatları məlum olub. Sonra jurnalist Franklin Foerin fikrincə, Zelenski qeyri-peşəkarlıq və təzyiq nümayiş etdirib və bu, Amerika liderini qəzəbləndirib.
Yeganə




