“Kremldən olan adam çox qorxur və yəqin ki, görünməmək üçün hardasa gizlənir. Əminəm ki, o (.red-Putin) artıq Moskvada deyil. Harasa zəng vurur, nəsə istəyir… Nədən qorxduğunu bilir, çünki o təhlükəni özü yaradıb. Və o, bunkerlərində nə qədər çox qaça bilsə, bir o qədər çox itirirsiniz…”
Elchi.az-ın Amrenpress.am-a istinadən xəbərinə görə, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Biz, ukraynalılar, nə etməliyik?” Biz ölkəmizi müdafiə edəcəyik. Biz susmayacağıq və hərəkətsiz qalmayacağıq. Bu müharibədə qələbəmiz birmənalı olacaq. Bəs siz nə edəcəksiniz? Qoşunlarınız Ukrayna torpaqlarında nə qədər çox qalarsa, Rusiyaya bir o qədər böyük çöküş gətirəcək. Həmin şəxs Kremldə nə qədər çox olarsa, fəlakət bir o qədər böyük olar”, – deyə Zelenski bildirib.
Yeganə




