Ukrayna Ali Radasının saytı ölkə prezidenti Volodimir Zelenskinin federal büdcə haqqında qanun layihəsini imzaladığı barədə məlumat yayıb.
Elchi.az TASS.ru-ya istinadən xəbər verir ki, büdcə 43 milyard dollardan çox rekord kəsirlə tərtib edilib.
Daha əvvəl Radanın deputatı Yaroslav Jeleznyak bildirmişdi ki, Ukrayna parlamenti noyabrın 9-da yekun oxunuşda 1,57 trilyon qrivna kəsirlə Ukraynanın 2024-cü il büdcəsi layihəsinə səs verib.
Sənəddə nəzərdə tutulur ki, büdcə gəliri 1,76 trilyon qrivna (48,4 milyard dollar) olan ÜDM-in 21%-dən çoxu təhlükəsizlik və müdafiəyə ayrılacaq.
Yeganə






