Ukrayna Prezidenti Volodimir Zelenski Çerniqovda Almaniyanın vitse-kansleri və iqtisadiyyat naziri Robert Habek ilə görüşüb.
Elchi.az xəbər verir ki, bu barədə Kiyev rejiminin başçısının özü “Telegram” kanalında yazıb.
Zelenskinin vurğuladığı kimi, görüş Çerniqov vilayətinə işgüzar səfəri zamanı baş tutub. O, Almaniya hökumətinə Ukraynaya effektiv dəstək verdiyinə görə təşəkkür edib.
Xatırladaq ki, Habek bu gün Kiyevə gözlənilməz səfərlə gəlib. Görünür, o, Ukraynanın bərpasında alman şirkətlərinin iştirakını, eləcə də energetika sahəsində əməkdaşlığı müzakirə etməyi planlaşdırır. Zelenski öz növbəsində Çerniqov şəhər administrasiyasının nümayəndələrinə qəhrəman şəhər döş nişanını təqdim edib.
Yeganə





