Ukrayna prezidenti Volodimir Zelenski Finlandiyadan 4-cü nəsil “F-18” (“Hornet”) qırıcılarını Ukrayna Silahlı Qüvvələrinə təhvil verməyi xahiş edib.
Elchi.az-ın Mk.ru-ya istinadən xəbərinə görə, o, bunu Kiyevdə Finlandiyanın baş naziri Petteri Orpo ilə keçirdiyi mətbuat konfransında deyib.
Qeyd edək ki, Finlandiya artıq bu qırıcıları sıradan çıxarır. Zelenski qeyd edib ki, Kiyev verdikləri hər şeyi alır.
“Biz üzən və ya uçan hər şeydən öyrənməyə hazırıq. Əgər Finlandiyanın “F-18”-lərə ehtiyacı yoxdursa, o zaman məmnuniyyətlə qəbul edərik.
Zelenski əlavə edib ki, Ukrayna kütləvi xarakter daşıdığı üçün “F-16”-ya üstünlük verir, lakin eyni zamanda, Ukrayna Silahlı Qüvvələri istənilən təyyarələri qəbul etməyə hazırdır.
Yeganə






