Britaniyanın “Sky News” nəşri yeni materialında Ukrayna prezidenti Volodimir Zelenskinin Qərb müttəfiqlərindən kifayət qədər maliyyə ala bilmədiyini bildirib.
Elchi.az bu barədə Mk.ru-ya istinadən xəbər verir.
Bununla əlaqədar olaraq, material müəllifi sual verir ki, vəziyyət “Ukrayna üçün sonun başlanğıcından danışırıq” kimi inkişaf edirmi? Məqalədə izah edilir ki, Qərb ölkələri hazırda yüksək inflyasiya ilə üz-üzədir və Kiyevə hərbi və maliyyə yardımı göstərmək zərurəti çox ağır yükə çevrilir. Eyni zamanda, bu fonda Qərb ölkələrinin elektoratı daxili problemlərə daha çox diqqət yetirir.
Nəşr vurğulayır ki, bu yay Ukrayna Silahlı Qüvvələri döyüşə mümkün qədər yaxşı hazırlaşıb, lakin irəliləyişə nail ola bilməyib. Beləliklə, Ukraynaya gələcək dəstək yalnız uzun sürən, heç bir nəticə verməyəcək, baha başa gələn münaqişə ilə nəticələnəcək.
Görünür, müəllif belə qənaətə gəlir ki, Volodimir Zelenski gec-tez güzəştə getməli olacaq.
Yeganə




