Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ordusunun hücumları səbəbindən ölkədəki enerji problemlərinə baxmayaraq, qələbə üçün mübarizəni davam etdirəcəklərini bildirib. Prezident həmçinin istənilən ssenariyə hazır olmalarıının lazım olduğunu qeyd edib.
Elchi.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Telegram” hesabında paylaşdığı videomüraciətdə xalqa müraciət edən Zelenski dekabrın 25-də ölkəsində və dünyada Milad bayramını qeyd edən hər kəsi təbrik edib.
Rusiya-Ukrayna müharibəsinin davam etdiyini xatırladan Zelenski Rusiya ordusunun son günlər Xerson şəhərinə təşkil etdiyi hücumlarda mülki vətəndaşları hədəf aldığını qeyd edərək, “Hər rus qatilini tapacağıq”-deyib.
İlin sonuna sayılı günlər qaldığını vurğulayan Zelenski, Rusiya qüvvələrinin bu prosesdə yeni hücumlar edə biləcəyini əsas gətirərək, vətəndaşları hava hücumlarına qarşı diqqətli olmağa çağırıb.
Rusiyanın hücumlarına görə Ukraynada işıqların kəsilməsinə baxmayaraq, qələbə üçün mübarizəyə davam edəcəklərini ifadə edən Zelenski, “Hər bir ssenariyə hazır olmalıyıq”-deyib.
Yeganə






