Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev Hərbi Administrasiyasına rəhbər təyin edib.
Elchi.az-ın xəbərinə görə, bu barədə Ukrayna Prezidenti xalqa müraciətində bildirib.
“Paytaxtın müdafiəsi hər şeydən üstündür. Ona görə də müharibə müddətində Kiyev Şəhər Hərbi İdarəsinin rəisi vəzifəsinə peşəkar hərbçi təyin etmək qərarına gəldim”, – o deyib.
Zelenski bildirib ki, general Mikolay Jernov Kiyev Hərbi Administrasiyasının rəhbəri təyin olunub, o, Kiyev meri Vitali Kliçko ilə işləyəcək.





