Ukrayna prezidenti Volodimir Zelenski bu gün Londona səfər edəcək.
Elchi.az bu barədə Sky News-a xəbər verir.
Zelenski Böyük Britaniyanın baş naziri Rişi Sunak və ölkədə təlim keçən Ukrayna hərbçiləri ilə görüşəcək. Səfərin digər təfərrüatları açıqlanmayıb.
Xatırladaq ki, bundan əvvəl, fevralın sonunda Zelenski Polşada ABŞ prezidenti Co Baydenlə görüşə biləyi bildirilmişdi. Polşa mətbuatı görüşün ya Varşavada, ya da Rzeşovda baş tuta biləcəyini yazıb.
Qeyd olunub ki, görüş zamanı Bayden Ukraynadakı münaqişənin həlli üçün sülh planı təqdim edə və beynəlxalq konfransa çağıra bilər.
Yeganə





