Ukrayna prezidenti Vladimir Zelenski Argentinaya yeni seçilmiş prezident Xavyer Maylinin andiçmə mərasiminə gələrkən Fransa lideri Emmanuel Makronla telefonla danışıb.
Elchi.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb.
“Mən Emmanuelə cəbhədəki hadisələr barədə məlumat verdim və Fransanın göstərdiyi hərbi yardıma görə ona təşəkkür etdim”, – Zelenski bildirib.
O qeyd edib ki, Makronla “növbəti Fransa müdafiə paketini” də müzakirə edib.
O, həmçinin F-16 təyyarələrində təlim proqramının ikinci mərhələsi üçün ukraynalı pilotların qəbuluna hazırlığa görə təşəkkür edib.
Bundan əvvəl məlum olub ki, Ukrayna prezidenti Vladimir Zelenski yaxın vaxtlarda seçilmiş prezident Xavyer Maylinin andiçmə mərasiminin keçiriləcəyi Argentinaya uçub. Zelenskinin Argentinaya səfəri onun dövlət başçısı kimi Cənubi Amerikaya ilk səfəridir. Bundan əvvəl Ukrayna lideri Mayli ilə telefonla danışıb. O, onu Argentinada Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə dair konfrans keçirməyə dəvət edib.
Nuranə Məmmədova






