Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, müharibə yavaş-yavaş Rusiya ərazisinə qayıdır və bu qaçılmaz prosesdir.
Elchi.az xəbər verir ki, Zelenski sosial media hesabından video açıqlamada Rusiyanın Ukraynaya qarşı müharibəsinin gedişatını dəyərləndirib.
“Rusiyanın təcavüzü döyüş meydanında iflasa uğradı” deyən Zelenski, “Bu gün Rusiya rəhbərliyinin bir-iki həftə davam edəcəyini gözlədiyi xüsusi hərbi əməliyyatın 522-ci günüdür. Ukrayna güclənir. Müharibə Yavaş-yavaş Rusiya ərazisinə, onun simvolik mərkəzlərinə və hərbi bazalarına qayıdır və bu, qaçılmaz, təbii və ədalətli prosesdir”. dedi.
Rusiya Müdafiə Nazirliyi bu gün səhər saatlarında Ukraynanın Moskva vilayətindəki obyektlərə pilotsuz uçuş aparatı (PUA) hücumu həyata keçirmək cəhdinin qarşısı alındığını, PUA-ların isə Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini bildirib.
Moskva meri Sergey Sobyanin isə sosial media hesabından açıqlama verərək, Ukraynanın PUA-larla hücum cəhdinin qarşısı alındığını, lakin düşən pilotsuz təyyarələrin Moskvada bəzi qüllələrə dəyib, dağıntılara səbəb olduğunu, ölən və ya yaralanan olmadığını bildirib.
Digər tərəfdən, sosial mediada yayılan bəzi görüntülərdə Moskvada göydələnlərin yerləşdiyi Moskva Siti bölgəsində PUA-lardan birinin qəzaya uğraması nəticəsində partlayışın baş verdiyi görülüb.
Ukraynanın iyulun 24-ü və 28-də Rusiyanın paytaxtı Moskvaya PUA-larla hücumlar həyata keçirdiyi, ölən və yaralananların olmadığı bildirilib.
Şayəstə Hüseynova




