Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna səfirləri ilə fövqəladə iclasda bildirib ki, növbəti altı ay Ukrayna üçün yeni tərəfdaş ölkələrdə siyasi mövsüm fonunda mühüm olacaq.
Elchi.az bu barədə Mk.ru-ya istinadən xəbər verir.
“İndi ən vacib altı aydır. Bir aydan sonra tərəfdaş ölkələrdə yeni siyasi mövsüm başlayır”.
Zelenskinin fikrincə, siyasi mövsüm əvvəlkilər kimi ukraynapərəst olmalıdır.
“Hazırlaşmaq üçün vaxt var”,-deyə Zelenski diplomatlarla söhbətində vurğulayıb.
Zelenskinin fikrincə, sentyabrdan dekabra qədər olan dövr həm Ukrayna, həm də bütün Avropa üçün məsuliyyətli qərarlar dövrü olacaq. O, əmindir ki, Ukraynanın sülh formulunun həyata keçirilməsi, eləcə də Ukraynanın Avropa İttifaqı və NATO ilə inteqrasiyası istiqamətində işi gücləndirmək lazımdır.
Yeganə





