Ukrayna prezidenti Volodimir Zelenski aprelin 5-də Polşaya rəsmi səfər etməyi planlaşdırır.
Elchi.az xəbər verir ki, bu barədə Polşa prezidenti Anjey Dudanın ofisindən məlumat verilib.
“Çərşənbə günü, aprelin 5-də biz Ukrayna prezidenti Volodimir Zelenskinin Polşaya rəsmi səfərini gözləyirik”.
Qeyd olunub ki, Zelenski Kral qalasında Polşada yaşayan polyaklar və ukraynalılarla görüşəcək.
Yeganə





