Siyasətçi bildirib ki, Rusiya qoşunlarını Ukraynadan çıxaran kimi münaqişə bitəcək.
Elchi.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə sülh danışıqlarında maraqlı olmadığını bildirib.
“Mənə maraqlı deyil. Görüşmək maraqlı deyil, danışmaq maraqlı deyil. Rusiyada kimin qərar verdiyini həqiqətən başa düşə bilmirəm”, – deyə siyasətçi Sky News-a müsahibəsində bildirib.
Ukrayna liderinin sözlərinə görə, o, Rusiyanın hərbi əməliyyatları dayandırmasını və qoşunlarının tezliklə Ukraynanı tərk etməsini istəyir. O əlavə edib ki, bu münaqişə dərhal dayandırılacaq. Zelenski Rusiyada hərbi əməliyyatlar aparmaq niyyətində olmadığını da bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Kremlin sözçüsü Dmitri Peskov Putin və Zelenskinin son bir neçə ildə bir-biri ilə danışmadığını bildirmişdi.
Şayəstə





