Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ordusunun ölkəsinə qarşı mümkün hücumlarına hazırlaşdıqlarını bildirib.
Elchi.az “Trthaber.com.tr”-yə istinadən xəbər verir ki, Zelenski gecə saatlarında “Telegram” hesabında paylaşdığı gündəlik video mesajında Rusiyaya qarşı davam edən müharibədə daha çox dəstək almaq üçün bəzi ölkələrin liderləri ilə telefonla danışdığını bildirib.
Zelenski qeyd edib ki, gün ərzində Kanadanın baş naziri Castin Trüdo, Böyük Britaniyanın baş naziri Rişi Sunak, Hollandiyanın baş naziri Mark Rutte və Norveçin baş naziri Jonas Qahr Store ilə ayrıca telefon danışığı olub.
Rusiyanın Ukraynaya qarşı yeni səfərbərlik hazırladığını iddia edən Zelenski, “Bu, tərəfdaşlarımızla birlikdə müdafiəmizi gücləndirməyimiz lazım olan andır”,- deyib.
Rusiyanın ölkəsinə qarşı yeni mümkün hücumlara hazırlaşdığını bildirən Zelenski qeyd edib:
“Biz Rusiya ssenarisini pozmalıyıq. Terrorçular uduzmalıdırlar. Onların yeni hücumuna hər hansı cəhd uğursuzluqla nəticələnməlidir”.
Yeganə





