Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel arasında telefon danışığı olub.
Bu barədə Ukrayna Prezidenti “Twitter” hesabında paylaşım edib.
O qeyd edib ki, Şarl Mişellə mülki infrastrukturun atəşə tutulmasını müzakirə edib. Liderlər bu hücümların dayandırılmasının vacibliyini vurğulayıb.
Zelenski və Şarl Mişel nüvə obyektlərinin təhlükəsizliyinə dair fikir mübadiləsi aparıblar.
Bundan başqa, Zelenski telefon danışığı zamanı Ukraynanın Avropa İttifaqına üzvlüyü məsələsinə toxunub və Ukrayna xalqının buna layiq olduğunu bildirib.





