BBC jurnalistləri Ukrayna prezidenti Volodimir Zelenskidən gələn il Ukraynada prezident seçkilərinin keçirilib-keçirilmədiyini soruşublar.
Elchi.az-ın Tass.ru-ya istinadən xəbərinə görə, o, cavab verib ki, Ukrayna qanunlarına əsasən, seçkilər hərbi əməliyyatların olmadığı bir vaxtda, sülh şəraitində keçirilməlidir.
Daha əvvəl AŞPA rəhbəri Tini Koks bildirmişdi ki, Ukrayna hakimiyyəti parlament və prezident seçkilərinin vaxtında keçirilməsinin yolunu tapmalıdır.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov isə cavab verib ki, ölkədə mövcud hərbi vəziyyətə əsasən, heç bir seçki keçirilə bilməz.
Yeganə





