Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Krım azad olunana qədər müharibəyə davam edəcək.
Elchi.az bu barədə Mk.ru-ya istinadən bildirir.
Xatırladaq ki, bundan əvvəl “Washington Post” Ukraynanın əhəmiyyətli əraziləri geri almağa və Krım sərhədinə çatmağa ümid etdiyini iddia edən məqalə dərc edib. Bundan sonra onlar Moskvaya danışıqlar aparmağı təklif ediblər. Nəşrin məlumatına görə, bu variant ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) rəhbəri Uilyam Börnslə müzakirə olunub.
CNN-ə müsahibəsində Zelenski bu məlumatı təkzib edib və bildirib ki, MKİ rəhbəri ilə ünsiyyəti həmişə “pərdə arxasında” qalmalıdır.
Qeyd edək ki, 2022-ci il sentyabrın 30-da Rusiya prezidenti Vladimir Putin DXR, LPR, Zaporojye və Xerson vilayətlərinin Rusiya Federasiyasının tərkibinə daxil edilməsi haqqında sazişlər imzalayıb. Krım 2014-cü ildə keçirilən referendumdan sonra Rusiyanın tərkibinə daxil olub. Rusiya hakimiyyəti dəfələrlə vurğulayıb ki, Rusiya Federasiyasının regionlarının statusu müzakirə mövzusu deyil.
Yeganə






