Ukrayna prezidenti Vladimir Zelenski Minsk razılaşmalarına bənzər yeni sazişlərin bağlanmasına razı olmayacağını bildirib.
Elchi.az xəbər verir ki, bu barədə Zelenski “Fox News”a müsahibəsində danışıb.
“Biz ərazimizin başqa hissəsi ilə bağlı Minsk razılaşmalarını təkrarlamaq istəmirik. Biz yeni dondurulmuş münaqişələrə inanmırıq”, – Zelenski deyib.
Rusiya Federasiyası ilə hər hansı danışıqları qadağan edən fərmanından danışan Ukrayna dövlətinin başçısı vurğulayıb ki, Kiyev rəsmi olaraq Aİ və NATO- ya üzvlük müqabilində bəzi ərazilərin verilməsi ilə bağlı heç bir təklif almayıb – “yalnız mediada bəzi səslər”. Fevralın 14-də ABŞ Vladimir Putinin Ukraynadakı münaqişəyə son qoymaq istədiyini etiraf edib. Həmin gün Sergey Lavrov Rusiya Federasiyasının Ukraynada nizamlanmaya açıq olduğunu bildirib.
Nuranə Məmmədova






