Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” hesabında paylaşdığı videomüraciətlə xalqa müraciət edib və ölkəsində Rusiyaya qarşı davam edən müharibə ilə bağlı dəyərləndirmələr edib.
Elchi.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Zelenski bildirib ki, onlar bu gün müdafiə və təhlükəsizlik qüvvələrinin nümayəndələri ilə görüşərək cəbhədəki son vəziyyəti müzakirə ediblər.
Ordunun gələn il hazırlıqları barədə danışdıqlarını ifadə edən Zelenski, “Ukraynanın müdafiə və təhlükəsizlik qüvvələrini gələn il üçün hazırlamağa davam edirik. Bu, həlledici il olmalıdır”-sözlərini deyib.
Ukrayna ordusunun bütün fəsillərə hazır olmasının vacibliyini vurğulayan Zelenski, “Qışda risklərin nə olduğunu, yazda nə etməli olduğumuzu və buna görə də bütün müdafiə və təhlükəsizlik sektorunun hansı nəticələri göstərməli olduğunu bilirik”-deyib.
Məqsədlərinin bütün Ukrayna torpaqlarının azad edilməsi olduğuna diqqət çəkən Zelenski, 2023-cü ilə bu inamla girəcəklərini bildirib.
Yeganə





