Ukrayna prezidenti Volodimir Zelenski ölkənin nə vaxtsa NATO-ya üzv olacağına şübhə etdiyini bildirib.
Elchi.az bu barədə Mk.ru-ya istinadən xəbər verir ki, Zelenski bu fikirləri Nikolayevdə tələbələrlə görüşündə deyib.
Bununla belə, o, bu məsələnin gələcəkdə prioritet olacağını vurğulayıb.
“Biz bunun necə olacağını dəqiq bilmirik. Heç kim sizə NATO-dan olub-olmayacağımızı dəqiq deməyəcək”, – deyə Zelenski gələcək perspektivlərlə bağlı sualı cavablandırıb.
O, əlavə edib ki, Kiyev ölkənin alyansa qoşulmasını istəyir.
Xatırladaq ki, ötən gün əvvəl Ukrayna-NATO Şurası keçirilib və bu iclasda tərəflər enerji və hərbi komponent sahəsində gələn il üçün əməkdaşlıq proqramını qəbul ediblər. Öz növbəsində Kreml rəsmisi Dmitri Peskov bildirib ki, Şimali Atlantika Alyansı ilə Kiyev arasında əməkdaşlıq təxribat xarakterlidir.
Yeganə






