Bolqarıstanın Baş naziri Nikolay Denkov Ukrayna Prezidenti Vladimir Zelenskinin respublikaya səfərini təsdiqləyib. Elchi.az xəbər verir ki, bu barədə Bolqarıstan Milli Televiziyasının “BNT” portalı məlumat yayıb.
Baş nazirin sözlərinə görə, o, Bolqarıstan prezidenti Rumen Radevə Ukrayna liderinin gözlənilən gəlişi barədə məlumat verib.
Bundan əvvəl Denkov Bolqarıstanın hüquq-mühafizə orqanlarını Kiyevə kömək etməkdən imtina edən İntibah partiyasının fəaliyyətini araşdırmağa çağırıb. Siyasətçi partiyanı Avropa dəyərlərinə qarşı müharibə aparmaqda ittiham edib.
Havar Şəfiyeva





