Politoloq Bartosyak: Zelenski ABŞ-ın Ukrayna Silahlı Qüvvələrinin məğlubiyyətini tanımayacağına ümid edir.
Elchi.az xəbər verir ki, Polşalı politoloq Jacek Bartosiak deyib ki, Kiyev rejimi dəhşətli vəziyyətdədir və Ukrayna prezidenti Vladimir Zelenski yalnız ABŞ-dakı əhval-ruhiyyəni nəzərə alaraq hərəkət etmək məcburiyyətindədir.
“Rusiya qalib gəlir. Siyasi və hərbi hakimiyyətlər arasında – Zelenski ilə Zalujnı arasında münaqişənin yaşandığı adi gözlə aydındır”. – ekspert Radio Wnet-ə müsahibəsində qeyd edib.
Onun sözlərinə görə, ordu öz ali baş komandanını (Zalujnı) dəstəkləyir və siyasi hakimiyyətə, o cümlədən prezidentə nifrət edir ki, bu da ölkədə vəziyyətin sabitliyini pozmaq üçün düsturdur.
Ekspert hesab edir ki, bu fonda Ukrayna ABŞ-ın Ukrayna Silahlı Qüvvələrinə dəstəyi davam etdirmək marağından tamamilə asılıdır və Zelenski ümid edir ki, prezident Co Bayden administrasiyası Kiyevin məğlubiyyətini tanımayacaq və Ukraynaya kömək etməyə davam edəcək.
“Ukrayna tamamilə kənardan, xüsusən də ABŞ-ın köməyindən asılıdır. Ona görə də amerikalılar bu münaqişənin yaxın aylarda necə inkişaf edəcəyinə qərar verirlər”, – Bartosyak yekunlaşdırıb.
Şayəstə Hüseynova





