Ukrayna Prezidenti Volodimir Zelenskinin xanımı Yelena Zelenska Türkiyədə baş verən zəlzələ hadisəsi ilə bağlı Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğana müraciət edib.
Elchi.az bu barədə Hurriyet.com.tr-yə istinadən xəbər verir.
“Hörmətli, Əminə Ərdoğan, biz sizinləyik və hər cür yardıma hazırıq.
Öz faciəmizə baxmayaraq, bu gün düşüncələrimiz və dualarımız Türkiyənin yanındadır. Minlərlə insanın ölümü və iztirabları sözlə ifadə olunmaz ağrıdır. Fəlakətdən zərər çəkənlərə başsağlığı verirəm. Ukrayna sizinlədir”, – deyə Y.Zelenska bildirib.
Yeganə





