Ukrayna prezidenti Vladimir Zelenski Krımı unutmalı və Ukraynanın əvvəllər mövcud olan sərhədlərini bərpa etməlidir. Elchi.azxbər verir ki, bu barədə RİA Novosti-yə Türkiyədə Krımın Dostları Assosiasiyasının sədri, Türkiyə Krım Tatarları Mədəniyyət Cəmiyyətləri Federasiyasının rəhbəri Ünver Sel məlumat verib.
“Zelenski Krımı və Ukraynanın keçmiş sərhədlərinin bərpasını unutmalıdır. 2014-cü il referendumunda krımlıların qərarı birmənalı və aydın idi”.
Türkiyəli siyasətçinin sözlərinə görə, Ukrayna hakimiyyəti 9 il əvvəl referendumda krımlıların seçiminə hörmətsizlik göstərmək siyasətini davam etdirir.
Avqustun 23-də məlum olub ki, Ali Rada hərbi əməliyyatların dayandırılması naminə ərazi güzəştlərini istisna edən qətnamə qəbul edib.
Belə ki, qəbul edilmiş sənədə əsasən, döyüşlərin dayandırılması naminə istənilən ərazi güzəştləri yolverilməzdir və Rusiya Silahlı Qüvvələrinin bütün bölmələri Ukrayna ərazisini azad etməlidir.
Havar Şəfiyeva






