Bir neçə saat öncə saytlarda “Azadlıq” radiosunun Bakı ofisinin rəhbəri Babək Bəkirin işindən
uzaqlaşdırılması və bu vəzifəni Zeynal Məmmədlinin icra etdiyi xəbəri yayılıb. Zeynal Məmmədli isə modern.az-a açıqlamasında bu xəbəri təkzib edib: “Elə bir dəyişiklik olmayıb”.
Onun sözlərinə görə, Bakı ofisinin rəhbərinin dəyişilməsi ilə bağlı dəqiq xəbəri yalnız radionun Çexiyanın paytaxtı Praqada yerləşən mərkəzi ofisindən öyrənmək olar: “Mən indi heç nə deyə bilmərəm, elə bir şey olsa məlumat verəcəyəm”.
Qeyd edək ki, Teleqraf.com saytı Babək Bəkiri bu vəzifədə artıq tanınmış jurnalist Zeynal Məmmədlinin əvəz etdiyi barədə məlumat yayıb.
Məsələ ilə bağlı sayt Z.Məmmədli ilə əlaqə saxlayıb. O bildirib ki, hazırda “Azadlıq” radiosunda baş redaktor vəzifəsində işləyir.
Xatırladaq ki, radionun saytında Bakı ofisinin koordinatoru kimi Babək Bəkirin adı göstərilir. Zeynal Məmmədlinin də məhz bu vəzifəyə təyin olduğu bildirilir.
O da bildirilir ki, Babək Bəkir faktiki olaraq səlahiyyətlərinin icrasından bir neçə ay əvvəl kənarlaşdırılıb. “Azadlıq” radiosunun saytında struktur haqqında məlumat verilmədiyindən həm baş redaktor, həm də koordinator vəzifəsinin mövcud olması aylardır ofisdə çoxtirəlik olduğuna güman yaradır.
Z.Məmmədli “Azadlıq” radiosunun Bakı ofisinin koordinatoru təyin olunub-olunmaması ilə bağlı bir fikir bildirmək istəmədiyini deyib: “Bu məsələyə ayın axırında aydınlıq gətiriləcək. İndidən nə isə demək doğru deyil”.
Qeyd edək ki, Zeynal Məmmədli 1953-cü il may ayının 5-də Qərbi Azərbaycanın Güllübulaq kəndində dünyaya göz açıb. Uşaq yaşlarından Bakıda yaşayır. 1970-ci ildə orta məktəbi bitirib. 1970-1976-cı illərdə BDU-da və MDU-da jurnalistika təhsili alıb.
1976-1981-ci illərdə Azərbaycan (SSR) Dövlət Teleradio Komitəsində kiçik redaktor, redaktor, böyük redaktor vəzifələrində çalışıb.1981-ci ildən (31 ildir) Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, tanınmış media eksperti Zeynal Məmmədli BDU-dan öz ərizəsi ilə işdən azad olunub. 1992-2008-ci illərdə “Azadlıq”, “PressFakt” və digər qəzetlərdə məsləhətçi-redaktor, “İnternyus” təşkilatında prodüser, Niderland Jurnalistika Kurslarında təlimçi-müəllim vəzifələrində çalışıb.
1981-ci ildən TV və radio jurnalistikası kafedrasında çalışır.1986-cı ildən TV və radio jurnalistikası kafedrasınin baş müəllimidir. “MassMediada yaradıcı menecment” sahəsində tədqiqat aparır.
“Qızıl qələm”, “Həsən bəy Zərdabi” və eləcə də ayrı-ayrı xarici təşkilatların jurnalist mükafatlarına layiq görülüb.
Sabah Bakıya yağış yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...



